...

Ernst & Young “Neft və Qaz” konfransını təşkil edib (FOTO)

Energetika Materials 20 May 2013 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend /

Ernst & Young 17 mayda "Four Seasons" hotelində "Neft və Qaz" konfransını təşkil edib.

Trend-in məlumatına görə, tədbirdə qonaqlar arasında 100-dən artıq iştirakçı arasında hökumət işçiləri və ictimai xadimlər, Azərbaycanda fəaliyyət göstərən neft və qaz şirkətlərinin ali rəhbərləri də olublar.

Ernst & Young-ın MDB üzrə idarəedici tərəfdaşı Karl Yohanson və Ernst & Young-ın Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev iştirakçıları salamlayıblar və Ernst & Young-ın Azərbaycandakı təcrübəsinin cari vəziyyəti və gələcəyi haqqında fikirləri bölüşüblər.

Ernst & Young-ın Qlobal və MDB üzrə rəhbərləri, o cümlədən MDB-də neft və qaz, enerji və kommunal xidmətlər qrupları üzrə lider Aleksey Loza və Neft və qaz əməliyyatlarına dair məsləhət xidmətləri üzrə qlobal lider Endi Broqan səhər sessiyasının açılışını edərək, neft və qaz sənayesində, eləcə də birləşmələr və satınalmalarla bağlı qlobal tendensiyalar haqqında danışdılar. Sessiyanı yekunlaşdıran ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov ARDNŞ-nin inkişafı və cari maliyyələşdirmə fəaliyyəti haqqında danışıb.

Günorta sessiyasını açmış Ernst & Young-ın Neft və qaz sahəsində məsləhət xidmətləri üzrə qlobal lider Con Avaldsnes mayeləşdirilmiş təbii qaz bazarının cari tendensiyaları və qaz bazarının qloballaşması haqqında danışıb. Sessiya Azərbaycan-Gürcüstan-Türkiyə regionunda karbohidrogenlərin daşınması ilə bağlı maliyyə məsələləri üzrə rəhbər Ernesto Daza, "Total E&P Azərbaycan" şirkətinin baş meneceri Kristian Giudiçelli və "Statoil Azərbaycan" şirkətinin aktivlərin idarə edilməsi və biznesin inkişafı üzrə Vitse-prezidenti tərəfindən davam etdirilmişdir. Onlar cari layihələrin, o cümlədən Şah Dəniz II layihəsinin perspektivləri və çətinlikləri, Abşeron yatağının işlənilməsi və digər kəşfiyyat layihələri, eləcə də iri beynəlxalq neft şirkətlərinin regionda gələcək planlarını müzakirə etdilər.

"Ernst &Young-ın Bakıda təşkil etdiyi Xəzər regionunda ilk neft və qaz konfransı böyük uğurla keçdi. Siyasəti formalaşdıran və mühüm qərarlar qəbul edən bir çox şəxslərin tədbirimizdə iştirak etməsinə və neft və qaz sənayesinin gələcəyinə dair fikirləri ilə bölüşməsinə görə çox məmnunuq. Şübhə doğurmur ki, karbohidrogenlər, keçmişdə olduğu kimi, regionun iqtisadiyyatının inkişafında mühüm rol oynamağa davam edəcək. Biz, sənayenin irəliyə doğru hərəkət etməsi üçün regionun bütün iri neft və qaz şirkətləri ilə birlikdə çalışmağa çox şadıq" deyə Karl Yohanson qeyd etdi.

Con Avaldsnes təcrübəsi ilə bölüşdü: "Bakıda neft və qaz tədbirinin iştirakçısı olduğum üçün çox şadam. Tədbir çox mühümdür və əsas diqqəti sənayenin bu gün üzləşdiyi və gələcəkdə üzləşəcəyi əsas məsələlərin, o cümlədən risk və imkanların bəzilərinə yönəltmişdir. Müzakirələr, sual və cavab sessiyaları qlobal neft və qaz tendensiyaları, birləşmələr/satınalmalar bazarındakı tendensiyalar və mayeləşdirilmiş təbii qazın qlobal qaz bazarında mahiyyətini müzakirə etmək üçün gözəl imkan yaratdı."

Onun sözlərinə görə, sənayenin və maraqlı tərəflərin qarşısında duran bir çox məsələ hələ öz həllini gözləyir:

"Lakin bir şeyi dəqiq bilirəm ki, iqtisadiyyatın yanacaqla təmin edilməsi, yeni iş yerlərinin yaradılması və investorlar üçün gəlirin təmin edilməsi üçün dünya neft və qaz sənayesindən asılı olmağa davam edəcək".

Endi Broqan deyib ki, neft və qaz sənayesi Ernst & Young üçün prioritetli sektordur:

"Biz Azərbaycanı neft və qaz sənayesinin mühüm komponenti hesab edirik, bizim xarici investorlar və yerli neft sənayesi ilə uzunmüddətli və konstruktiv əlaqələrimiz var. Bu kontekstdə, hazırkı konfransı təşkil etməklə biz məmnuniyyətlə sənayenin gələcək inkişafına töhfə vermək fürsətindən istifadə etdik".

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə vergi və gömrük meneceri Bəxtiyar Aslanbəyli öz fikirləri ilə bölüşdü:

"Konfrans çox təəssüratlı oldu. Əməliyyatlarımızdan kənarda nələrin baş verdiyini öyrənmək və regionda gələcək planlar haqqında məlumat almaq üçün bazarın iri oyunçuları ilə faydalı fikir mübadiləsi aparıldı. Qlobal enerji sektorunda baş verənlər haqqında qeyri-neft və qaz şirkətlərinin nöqteyi-nəzərini eşitmək çox maraqlı oldu."

Ernst & Young bütün iştirakçıları tədbirdə görməyə şad oldu. Vaxtınıza və diqqətinizə görə minnətdarıq!

Tədbirdən bəzi materiallar gələn həftə internet səhifəmizdə yerləşdiriləcək.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4500 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 19 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti