Azərbaycan, Bakı, 10 iyun /Trend/
2013-cü ilin may ayı ərzində 2 milyon 763 min 166 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1 milyon 975 min 592 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-may aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin ümumi həcmi 12 milyon 431 min 574 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il iyun ayının 1-nə qədər Ceyhan limanından 216 milyon 98 min 228 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.