...

Prezident İlham Əliyev: Avropa Azərbaycan qazı üçün əsas bazar olacaq

Energetika Materials 21 İyun 2013 18:19 (UTC +04:00)
Energetika sahəsində əməkdaşlıq Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əhəmiyyətli sahələrindən biridir.
Prezident İlham Əliyev: Avropa Azərbaycan qazı üçün əsas bazar olacaq

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Bədəlov/

Energetika sahəsində əməkdaşlıq Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əhəmiyyətli sahələrindən biridir. Trend-in məlumatına görə, bu barədə cümə günü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Bu barədə bəyanat Avropa İttifaqının rəsmi saytında yerləşdirilib.

Dövlət başçısı bildirib: "Mən çox şadam ki, 2011-ci ilin əvvəlində prezident Barrozu ilə Bakıda energetika sahəsində strateji əməkdaşlıq haqqında bəyannamə imzaladıqdan sonra praktiki nəticələri görürük. Bu bəyannamə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında əsas rol oynadı. Mən bu prosesdə aktiv iştirak və koordinasiyaya görə prezident Barrozu və onun komandasına şəxsən təşəkkürümü bildirmək istəyirəm".

Prezidentin sözlərinə görə, bu layihə Avropa və Azərbaycan arasında daha sıx əlaqələr quracaq: "Bu uduşlu vəziyyətdir: Azərbaycan Avropada əvvəlcədən proqnozlaşdırıla bilən, tənzimlənən bazar əldə edir, Avropa isə Azərbaycandan Xəzər qazının tədarükünün alternativ mənbəyini əldə edir. Mən ümid edirəm ki, Avropaya tədarük olan Azərbaycan qazının həcmi yalnız "Şahdəniz-2" layihəsi ilə məhdudlaşmayacaq. Çünki biz 2 trilyon kubmetrdən artıq sübut edilmiş qaz ehtiyatlarına malikik".

İlham Əliyev qeyd edib ki, Avropa Azərbaycan qazı üçün əsas bazar olacaq: "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi üzrə layihədir, Avropanın enerji xəritəsini dəyişəcək və bizim ölkəmiz, həm də region ölkələrinin inkişafı və iqtisadi əməkdaşlıqdan böyük mənfəət əldə etmək üçün əlavə imkanlar yaradacaq. Hesab edirəm ki, bizim müəyyənləşdirdiyimiz məsələlər - regional əməkdaşlıq, təhlükəsizlik, siyasi islahatlar, demokratik proseslər, energetika sahəsində əməkdaşlıq gündəliyimizin nə qədər geniş olduğunu göstərir. Bütün bu elementlər bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq üçün çox yaxşı zəmin yaradır. Azərbaycan bu məsələdə maraqlıdır, biz Avropaya mümkün qədər daha yaxın olmaq istəyirik və Avropa tərəfdən də eyni yanaşmanı gördüyümüzə görə şadıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti