...

Bakıda VII Yay Enerji Məktəbi öz işinə başlayıb

Energetika Materials 8 İyul 2013 15:05 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Azərbaycan Diplomatiya Akademiyasının Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin (XEƏMM) ilə birgə təşkil etdiyi VII Bakı Yay Enerji Məktəbinin açılışı olub.
Bakıda VII Yay Enerji Məktəbi öz işinə başlayıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.İsmayılov/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Azərbaycan Diplomatik Akademiyasının Xəzər Enerji və Ətraf Mühit Mərkəzi (XEƏMM) ilə birgə təşkil etdiyi VII Bakı Yay Enerji Məktəbinin açılışı olub.

Trend-in məlumatına görə, məktəbdə dünyanın 15 ölkəsindən 40-dan artıq ekspert iştirak edir.

Mərkəzin direktoru Elnur Sultanov jurnalistlərə deyib ki, məktəb iştirakçıları 2 həftə ərzində neft-qaz sektorunun qabaqcıl mütəxəssisləri ilə görüşəcəklər, eləcə də Azərbaycanda neft-qaz sahəsinin inkişafında tarixi əhəmiyyəti olan yerlərə baş çəkəcəklər.

Sultanov deyib: "Neft-qaz sahəsində hər hansı araşdırma aparmaq və ya tədbir keçirməyə ehtiyac olarsa, şübhəsiz bunu Bakıda etmək lazımdır. Belə ki, Bakı neft sənayesinin beşiyidir".

Yay məktəbində enerji sektoruna cavabdeh olan ARDNŞ, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycanda işləyən xarici neft və qaz şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Bundan başqa, məktəb iştirakçıları qarşısında Xəzəryanı ölkələrin diplomatik missiyaları və Transadriatik qaz kəməri layihəsi, habelə Amerika və Avropanın qabaqcıl universitetlərinin nümayəndələrinin çıxış edəcəyi planlaşdırılır. BP, "Exxon", "Total", "Statoil", "Lukoil" və digər qabaqcıl şirkətlərin rəhbərləri də iştirakçılar qarşısında çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti