...

TANAP-ın tikintisi çərçivəsində ilk tender elan edilib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 22 İyul 2013 16:42 (UTC +04:00)
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində xarici və daxili örtüklü boruların hazırlanması və tədarükü üzrə təsnifat öncəsi tender elan edilib.
TANAP-ın tikintisi çərçivəsində ilk tender elan edilib (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:45-də yayılıb)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində xarici və daxili örtüklü boruların hazırlanması və tədarükü üzrə təsnifat öncəsi tender elan edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TANAP-ın saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, iddiaçılara qarşı əsas tələblər aşağıdakılardır: ISO 9001 idarəetmə sisteminə və API 5L PSL-2 sertifikasiyasına uyğunluq, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Avropa İttifaqı, ABŞ və BMT-nin sanksiyalarının olmaması, boru divarının qalınlığına olan minimum tələbləri ödəyən 48 və 56 düymlük boru xəttinin istehsalı və tədarükü üçün imkanların olması, neft-qaz sektoru və boru xətlərinin istehsalında iş təcrübəsinin olması.

Şərtlər paketi iddiaçılara iyulun 26-da elektron poçt vasitəsilə pulsuz göndəriləcək və ya layihənin saytında mətnə çıxış təqdim ediləcək. Ərizələrin qəbulu avqustun 27-dək aparılacaq.

Tenderdə iştirak haqqında elan bu ilin oktyabr-noyabr ayları ərzində nəzərdə tutulur. Öz növbəsində, müqavilənin bağlanması 2014-cü ilin may ayına təsadüf edəcək.

İlkin seçimdə iştirakda maraqlı olan şəxslər ərizəni 25 iyul saat 17:00-dək (Ankara vaxtı ilə) elektron poçt üzrə və ya aşağıdakı ünvan üzrə göndərməlidir:

Qızılırmaq məh. Üfüq Universiteti Kad.

"Farilya" biznes mərkəzi №: 8/18 mərtəbə: 2

Çukurambar - Ankara, Türkiyə

Tel: +90 (312) 999 1111

Faks: +90 (312) 999 1112

Elektron poçt: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti