...

ARDNŞ magistral qaz kəmərlərinin birində təmir işləri aparır

Energetika Materials 9 Sentyabr 2013 13:39 (UTC +04:00)
Qazməmməd-Qazax magistral qaz kəmərində təmir işləri ilə əlaqədar 10 sentyabr saat 18:00-dək Göyçay rayonunda qazın verilişində məhdudiyyətlər müşahidə olunacaq.
ARDNŞ magistral qaz kəmərlərinin birində təmir işləri aparır

Azərbaycan, Bakı, 9 sentyabr/Trend, müxbir E. İsmayılov/

Qazməmməd-Qazax magistral qaz kəmərində təmir işləri ilə əlaqədar 10 sentyabr saat 18:00-dək Göyçay rayonunda qazın verilişində məhdudiyyətlər müşahidə olunacaq. Bu barədə bazar ertəsi Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən (İB) bildiriblər.

İB-dən deyiblər ki, Göyçay rayonu istiqamətində Qazməmməd-Qazax qaz kəməri magistralı qolunun qaz kranında aparılan işlərlə əlaqədar məhdudiyyətlər 9 sentyabr saat 10:00-dan müşahidə ediləcək.

Magistral qaz kəmərində təmir işlərini ARDNŞ-in Qaz İxracı İdarəsi aparır. Ölkə ərazisindəki bütün magistral qaz kəmərləri idarənin balansındadır.

"Azəriqaz"dan deyiblər ki, təmir işləri Gürcüstana qaz tədarüklərinə təsir etməyəcək, çünki işlər II magistral qaz kəmərində aparılır. Həmin kəmər üzrə qaz ölkə istehlakçılarına çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti