...

"Şahdağ" stansiyası yanvar-avqustda təqribən 200 milyon kVt/s elektrik enerjisi istehsal edib

Energetika Materials 10 Sentyabr 2013 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Şahdağ" elektrik stansiyası 2013-cü ilin 8 ayı ərzində 196,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.

"Şahdağ" elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu var.

Stansiyanın işə salınması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında əhəmiyyətli rol oynayıb. Eyni zamanda, bu stansiya "Şahdağ" Qış-Yay Turizm kompleksinin elektrik enerjisi təchizatını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti