...

Rövnəq Abdullayev: "Şahdəniz"dən qazın satışı üzrə gəlirlərin həcmi 200 milyard dollar olacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 19 Sentyabr 2013 18:36 (UTC +04:00)
Sentyabrın 19-da "Şahdəniz" qaz-kondensat yatağından Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək.
Rövnəq Abdullayev: "Şahdəniz"dən qazın satışı üzrə gəlirlərin həcmi 200 milyard dollar olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 19-da "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev müqavilələrin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükü üzrə razılaşmanın əldə edilməsi ilə bağlı danışıqlar təqribən 5 il davam edib və nəticədə Azərbaycan neft-qaz sektorunun yeni erasının təməlini qoyacaq razılıq əldə edilib.

ARDNŞ prezidenti qeyd edib ki, əldə edilən razılaşma Avropaya illik 10 milyard kubmetr qaz tədarük etməyə imkan verəcək: "Bu da 2019-cu ildə mümkün olacaq. "Şahdəniz-2" çərçivəsində qaz Türkiyəyə artıq 2018-ci ildə çatacaq".

R.Abdullayev bildirib ki, bu, yalnız "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinə aiddir: " Azərbaycan qaz potensialına, həmçinin "Azəri-Çıraq-Günəşli" yatağının dərin qatlarındakı qaza, "Abşeron" yatağına, "Şəfəq-Asiman" perspektiv strukturlarında gözlənilən ehtiyatlara da malikdir ki, bu da İtaliya, Bolqarıstan və Yunanıstan bazarlarından kənara çıxmağa imkan yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti