...

Türkiyə XİN rəhbəri: Cənub Qaz Dəhlizi əməkdaşlıq üçün etibarlı əsas olacaq

Energetika Materials 26 Sentyabr 2013 05:51 (UTC +04:00)

ABŞ, Nyu-York, Bakı, 26 sentyabr /Trend, xüsusi müxbir E.Vasilyeva/

Siyasi nəticələri olan enerji dəhlizləri siyasi dividendlər gətirir. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda keçirilən Xəzər Forumunun açılışı zamanı deyib.

Onun sözlərinə görə, enerji dəhlizləri siyasi stabilliyin daşıyıcılarıdır.

Cənub Qaz Dəhlizi siyasi və iqtisadi sahələrdə əməkdaşlıq üçün etibarlı əsas olacaq.

"Cənub dəhlizi bir neçə ölkəni birləşdirir. Bu, enerji, sülh və nizam deməkdir. Türkiyənin əsas qənaəti ondan ibarətdir ki, enerji təhlükəsizliyi vacib məsələdir. O, bizə kömək edib ki, iqtisadiyyat inkişaf etsin, ÜDM 4 dəfə artsın. Türkiyə bu məsələdə çoxtərəfli xüsusiyyətə malik olan ölkədir. Sinergiya dəhlizi yaratmaqla, Qafqazla Balkan regionunu və Aralıq dənizini birləşdirdi. Gürcüstanla da birgə əhəmiyyətli layihələr reallaşdırılmaqdadır. Hazırda bu layihə Balkan yarmadasına doğru gedir. Bununla da, sülh və enerji təhlükəsizliyi zonası yaradılır" - deyə XİN başçısı əlavə edib.

O, bildirib ki, bu gün Avropanın enerji təhlükəsizliyi də diqqət mərkəzindədir.

"Burada şərq dəhlizi ən yaxşı alternativdir. Yeni alternativ mənbələr dünyanın enerji xəritəsinə təsir edəcək" - deyə Davudoğlu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti