...

Taner Yıldız: Türkiyədə qaz istehlakçılara idxal qiymətindən aşağı satılır

Energetika Materials 3 Oktyabr 2013 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə qaz istehlakçılara idxal qiymətindən aşağı satılır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, Türkiyə qazı aşağı qiymətlərlə əldə etmir, lakin onun satışı zamanı istehlakçıların imkanları nəzərə alınır.

T.Yıldız, həmçinin vurğulayıb ki, 2012-ci ildə Türkiyədə 45,5 milyard kubmetr qaz istehlak edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti