...

Azərbaycanın bir sıra rayonlarına qazın verilişi məhdudlaşdırılıb

Energetika Materials 11 Oktyabr 2013 12:22 (UTC +04:00)
Azərbaycanın bir sıra rayonlarına qazın verilişi məhdudlaşdırılıb
Azərbaycanın bir sıra rayonlarına qazın verilişi məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E. İsmayılov/

Təmir işləri ilə əlaqədar 11 oktyabr 2013-cü il tarixdə saat 09:00-dan 18:00-dək "Ceyranbatan" ölçü qovşağında, saat 10:00-dan 16:00-dək "28 May", "Zirə-3", "Dübəndi vaqon", "Şimal DRES", "Təzə Qanlıgöl" Qazpaylayıcı Stansiyalarında, saat 10:00-dan 17:00-dək "Əhmədli" Qazpaylayıcı Məntəqəsindən qidalanan 325 mm-lik qaz kəmərində, "Keşlə" Qazpaylayıcı Məntəqəsindən qidalanan "Xətai" qaz kəmərində, saat 10:00-dan 18:00-dək "Qazax" Qazpaylayıcı Stansiyasında, "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyasında, "Gəncə" Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan "Gəncə-Ziyadlı" qaz kəmərində, "Biləcəri" və "BMSK", saat 11:00-dan 18:00-dək isə "Zaqatala" (1-ci xətt) və "Zaqatala" (2-ci xətt), eləcə də "Dəliməmmədli" ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azəriqaz" İstehsalat Birliyinin yaydığı xəbərdə deyilir.

Təmir işləri aparılan müddətdə Zaqatala rayonuna, Goranboy, Samux və Qazax rayonlarının bir hissəsinə, Bakının Xətai rayonuna, Xəzər rayonunun Zirə, Şüvəlan və Mərdəkan qəsəbələrinə, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinə, Binəqədi rayonunun Biləcəri və Xocahəsən qəsəbələrinə, "Motodrom" adlanan yaşayış sahəsinə, Yasamal rayonunun Yeni Yasamal və II Alatava qəsəbələrinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti