...

Azərbaycanda 9 ay ərzində 32,5 milyon ton neft, 13,1 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib

Energetika Materials 14 Oktyabr 2013 23:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycanın sənaye sahələrində 2013-cü ilin yanvar-sentyabr aylarında 25,3 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənayenin qeyri-neft sahələrində 2,9 faizlik, neft sektorunda isə 0,4 faizlik artım müşahidə olunub. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,0 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Doqquz ay ərzində 32,5 milyon ton neft, 13,1 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, maşın və avadanlıqlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

Xəbər lenti

Xəbər lenti