...

Rusiya Türkiyədə üçüncü və dördüncü AES-i tikməyə hazırdır

Energetika Materials 17 Oktyabr 2013 16:58 (UTC +04:00)
Rusiya Türkiyədə üçüncü və dördüncü atom elektrik stansiyasını (AES) tikməyə hazırdır.
Rusiya Türkiyədə üçüncü və dördüncü AES-i tikməyə hazırdır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Rusiya Türkiyədə üçüncü və dördüncü atom elektrik stansiyasını (AES) tikməyə hazırdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyədə "Akkuyu" adlı birinci AES-in direktor müavini Rauf Qasımov deyib.

Onun sözlərinə görə, Türkiyə AES-lərin tikintisindən gəlir əldə edir və Rusiya buna müsbət yanaşır.

R.Qasımov bildirib ki, türkiyəli mütəxəssislər 3 ildən artıqdır ki, Rusiyada atom enerjisinin istifadəsi sahəsində təcrübə keçirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti