...

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Energetika Materials 16 Dekabr 2013 19:31 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin noyabr ayında dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödəyib ki, bu da ötən ilin noyabr ayına nisbətən 35 milyon 346 min manat və ya 127,6 faiz çox olub.
ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin noyabr ayında dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödəyib ki, bu da ötən ilin noyabr ayına nisbətən 35 milyon 346 min manat və ya 127,6 faiz çox olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 487 milyon 412 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 199 milyon 509 min manat və ya 115,5 faiz çox olub.

Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 275 min manat vəsait köçürüb. Bu, ötən ilin noyabr ayına nisbətən 1 milyon 285 min manat və ya 109,9 faiz çox olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 147 milyon 765 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 3 milyon 198 min manat və ya 102,2 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti