...

Albaniyanın Baş naziri: TAP-ın reallaşdırılması İon-Adriatik qaz kəməri üçün yol açır

Energetika Materials 17 Dekabr 2013 17:54 (UTC +04:00)
Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması İon-Adriatik qaz kəməri (IAP) kimi yeni layihələrin həyata keçirilməsi üçün yol açır.
Albaniyanın Baş naziri: TAP-ın reallaşdırılması İon-Adriatik qaz kəməri üçün yol açır

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir S.Əliyev/

Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması İon-Adriatik qaz kəməri (IAP) kimi yeni layihələrin həyata keçirilməsi üçün yol açır.

Trend-in məlumatına görə, bunu Albaniyanın Baş naziri Edi Rama çərşənbə axşamı Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib:

"TAP nəhəng layihədir, lakin o, məsələn, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina və Monteneqronu "Cənub Qaz Dəhlizi" və onun əks axını ilə yeni bazarlara qaz çatdıracaq İon-Adriatik qaz kəmərinin inkişafı üçün birgə səylərdə birləşdirərək yeni və innovativ birgə işlər üçün yeni yol açacaq. TAP ola bilsin ki, təkcə Albaniya üçün deyil, həm də Xorvatiya, Makedoniya, Monteneqro və sülh və əməkdaşlığın yeni erasına daxil olan Cənub-Şərqi Avropa ölkələri üçün - biz bunu Azərbaycanın və strateji tərəfdaşımız Türkiyənin köməyi ilə etməyə köklənmişik - inkişafın mənbəyi ola bilər".

Onun sözlərinə görə, bu təkcə Azərbaycanın dəstəyini və xüsusi töhfəsini tələb edən Albaniyanın milli bazarının inkişafı üçün şans deyil. Albaniya hələ də belə bazarları və zəruri infrastrukturu olmayan bir çox region ölkələrinin qazlaşdırılmasının "təbliğatçısı" olmalıdır.

E.Rama deyib: "Albaniya üçün TAP təkcə imkanlar deyil, həm də öhdəliklər məcmusudur. Hökumətimiz zəruri insan və maddi resurslar təqdim edərək TAP layihəsinin uğurlu işinin zəmanəti üçün institusional çərçivələr verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti