...

ARDNŞ: "Şahdəniz-2" layihəsi çərçivəsində işlərin böyük hissəsi Azərbaycanda həyata keçiriləcək

Energetika Materials 17 Dekabr 2013 15:46 (UTC +04:00)
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi çərçivəsində platformaların və sualtı tikililərin inşası üzrə işlərin böyük hissəsi Azərbaycanda həyata keçiriləcək.
ARDNŞ: "Şahdəniz-2" layihəsi çərçivəsində işlərin böyük hissəsi Azərbaycanda həyata keçiriləcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir S.Əliyev/

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi çərçivəsində platformaların və sualtı tikililərin inşası üzrə işlərin böyük hissəsi Azərbaycanda həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev çərşənbə axşamı Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, bunun üçün tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı işlərin görülməsi üçün bir neçə gəminin funksional və texniki imkanları təkmilləşdiriləcək.

R.Abdullayev bildirib ki, həmçinin sualtı tikinti işlərinin görülməsi üçün Dövlət Neft Şirkətinin yeni gəmiqayırma zavodunda çoxprofilli unikal gəmi tikiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti