...

XXI əsrin müqaviləsi

Energetika Materials 17 Dekabr 2013 16:50 (UTC +04:00)
Azərbaycan bu gün enerji strategiyasının həyata keçirilməsinin yeni mərhələsinə qədəm qoydu. Aralarında ARDNŞ-nin də olduğu layihə üzrə tərəfdaşlar Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması üzrə yekun investisiya qərarı ilə bağlı sənədi imzalamaqla layihənin fiziki cəhətdən həyata keçirilməsinə start verdilər.
XXI əsrin müqaviləsi

Azərbaycan, Bakı, 17 dekabr/Trend/

Seymur Əliyev, Trend-in eksperti

Azərbaycan bu gün enerji strategiyasının həyata keçirilməsinin yeni mərhələsinə qədəm qoydu. Aralarında ARDNŞ-nin də olduğu layihə üzrə tərəfdaşlar Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması üzrə yekun investisiya qərarı ilə bağlı sənədi imzalamaqla layihənin fiziki cəhətdən həyata keçirilməsinə start verdilər.

Azərbaycan Prezidenti İlham Əliyev imzalanma mərasimində bildirib ki, bu gün müasir Azərbaycanın tarixində tarixi gündür". "Şahdəniz-2" layihəsinin həyata keçirilməsi çərçivəsində 25 milyard dollar yeni platformaların tikintisinə, qazma işlərinə, Bakının yaxınlığında yerləşən Səngəçal terminalının və "Cənub Qaz Dəhlizi"nin genişləndiriməsinə, həmçinin digər əlaqədar infrastruktura yatırılacaq.

Lakin "Şahdəniz" yatağından Azərbaycan qazının Türkiyə və Avropaya tədarükü layihəsi bu investisiyalarla məhdudlaşmır. Qazın Avropa ölkələrinə tədarükü üzrə bütün layihənin dəyəri 45 milyard dollar həcmində qiymətləndirilir. Layihənin həyata keçirilməsi çərçivəsində 30 mindən artıq yeni iş yeri açılacaq.

Bu vəsaitə, həmçinin yaradılmasına təşəbbüs göstərənlər arasında Azərbaycanın da olduğu Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri tikiləcək.

Azərbaycan artıq dünya ictimaiyyəti tərəfindən etibarlı enerji tərəfdaşı kimi tanınıb. Ölkə neft tədarükləri ilə yanaşı, demək olar, regionun bütün qonşu ölkələrini qazla təmin edir ki, bu da onların enerji təhlükəsizliyinin artmasına, iqtisadiyyatın sabitliyinə və mənbələrin şaxələndirilməsinə xidmət edir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi yolunda vacib addım atıb.

Azərbaycan Prezidenti bildirib: "Şahdəniz 2" layihəsi dünyada ən iri enerji layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, bu tarixi layihəyə cəlb olunmuş ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq layihəsidir".

Gələn il "Şahdəniz"dən Avropaya qaz tədarükü çərçivəsində bir sıra vacib qərarlar, o cümlədən TANAP və TAP üzrə qərarlar qəbul ediləcək. Ümumilikdə gələcəkdə bir çox vacib qərarlar gözlənilir, lakin "Şahdəniz" böyük yolda ilk addımdır.

"Şahdəniz-2" üzrə sənədlərin imzalanması "Cənub Qaz Dəhlizi"nin başlanğıcı, Azərbaycanın digər yataqlarından, ola bilsin, gələcəkdə Xəzər hövzəsinin digər ölkələrindən qaz üçün yolların açılması və Avropaya alternativ tədarük mənbələridir.

Uzun illər ərzində "Şahdəniz" layihəsinin və ümumilikdə Azərbaycan qazının Qərbə tədarükü üzrə bütün konsepsiyanın çoxlu tərəfdarı və əleyhdarı olub. Lakin bir çoxları bu layihənin region və Avropanın enerji xəritəsini dəyişdirəcəyi məsələsində yekdil fikirdədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti