...

Füzuli rayonunun kəndinə təbii qaz verilib

Energetika Materials 26 Dekabr 2013 18:18 (UTC +04:00)
Bu gün Füzuli rayonunun Zobcuq-4 kəndinə təbii qazın verilməsi münasibətilə marasim keçirilib.
Füzuli rayonunun kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Bu gün Füzuli rayonunun Zobcuq-4 kəndinə təbii qazın verilməsi münasibətilə marasim keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, mərasimdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 400 abonenti olan Zobcuq-4 kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 16,1 kilometrdən artıq polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti