...

ARDNŞ 2013-cü ildə 9 min km-dən çox uzunluqda yeni qaz kəmərləri çəkib

Energetika Materials 21 Yanvar 2014 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

2013-cü ildə qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədi ilə 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 1774,7 kilometrlik qaz kəmərləri əsaslı təmir edilib.

Ötən il istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1560 ədəd qaztənzimləyici və 1071 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti