...

Trans-Adriatik boru kəmərinin Albaniyadan keçən hissəsinin tikintisinə icazə alınıb

Energetika Materials 8 Aprel 2014 18:46 (UTC +04:00)
Trans-Adriatik boru kəməri (TAP) layihəsinin işlənməsi üzrə konsorsium kəmərin Albaniyadan keçən hissəsinin tikintisinə icazə alıb.
Trans-Adriatik boru kəmərinin Albaniyadan keçən hissəsinin tikintisinə icazə alınıb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir A.Bədəlova/

Trans-Adriatik boru kəməri (TAP) layihəsinin işlənməsi üzrə konsorsium kəmərin Albaniyadan keçən hissəsinin tikintisinə icazə alıb. Trend xəbər verir ki, bu barədə TAP-ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İcazə ölkənin Baş naziri Edi Ramanın rəhbərlik etdiyi Albaniya Milli Ərazi Şurası tərəfindən verilib.

Məlumatda qeyd olunur ki, bu, Albaniya hakimiyyəti tərəfindən TAP-a verilən ən vacib icazələrdən biridir: "Bu icazə konsorsiuma Albaniyada tikinti işlərinə başlamağa imkan verəcək".

Məlumata görə, Albaniyada tikinti işləri 2015-ci ildə modernləşdirmə və magistrala çıxan yolların və körpülərin inşası ilə başlayacaq. Bundan sonra boru kəmərlərinin çəkilişi və qaz nəqli infrastrukturu ilə bağlı digər obyektlərin tikintisinə başlanılacaq.

Xatırladaq ki, "Şahdəniz"in işlənməsi üzrə konsorsium ötən ilin iyun ayının sonunda qazın Avropa bazarlarına tədarükü üzrə marşrut qismində Trans-Adriatik boru kəmərini seçib.

TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti