...

"Qazıməmməd-Qazax" boru kəmərində tikinti-quraşdırma işlərinin 4 ilə tamamlanması planlaşdırılır

Energetika Materials 29 Aprel 2014 16:25 (UTC +04:00)
ARDNŞ-nin “Neftqaztikinti” Tresti tərəfindən neft-qaz boru kəmərlərinin yenidən qurulması işləri uğurla davam etdirilir.
"Qazıməmməd-Qazax" boru kəmərində tikinti-quraşdırma işlərinin 4 ilə tamamlanması planlaşdırılır

Azərbaycan, Bakı, 29 aprel /Trend/

ARDNŞ-nin "Neftqaztikinti" Tresti tərəfindən neft-qaz boru kəmərlərinin yenidən qurulması işləri uğurla davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Trestin müvafiq strukturları "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin (1-ci xətt) 0-210 km arası hissəsinin yenidən qurulması" layihəsi üzrə işləri davam etdirirlər. Layihənin icrasında məqsəd magistral qaz kəməri vasitəsi ilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər ərazilərə (Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonları) itkisiz və fasiləsiz qaz ötürülməsini təmin etməkdir. Bu məqsədlə ümumi uzunluğu 210 kilometrlik 1020 millimetrlik boru kəməri çəkilib.

Hazırda kəmərin Göyçay rayonu ərazisindəki 114-138 kilometrlik hissəsində işlər davam etdirilir və bu günə kimi 15 km uzunluğunda boru kəməri çəkilib. Boru kəmərində tikinti-quraşdırma işlərinin 4 il müddətində tamamlanması planlaşdırılır.

"Ümid" perspektiv strukturunda hasil olunacaq qaz və kondensatın 82 saylı Stasionar Dəniz Özülünə fasiləsiz nəql olunması məqsədi ilə "Ümid" və həmin özül arasında 16 düyməlik qaz və 8 düyməlik kondensat boru kəmərinin çəkilməsi layihələndirilib və işlərin yerinə yetirilməsi "Neftqaztikinti" Trestinə həvalə olunub. Kəmərlərin çəkilməsinə 2012-ci ildən başlanılıb və bu günə kimi "S.Vəzirov" boru düzən gəmi ilə ümumilikdə 36 km boru kəməri çəkilib.

Cari ilin aprel ayının sonuna obyektin istismara təhvil verilməsi nəzərdə tutulur. İşlər "Neftqaztikinti" Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti