...

"Günəşli" yatağında özüllərarası sualtı kabel xətti təmir edilib

Energetika Materials 15 May 2014 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

"Günəşli" yatağındakı 2 saylı Dərin Dəniz Özülündən 5 saylı Dərin Dəniz Özülünə gedən və bu özülü elektrik enerjisi ilə qidalandıran sualtı kabel xətti təmir edilib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, dənizin 120 metr dərinliyində zədələnmiş 2200 metr uzunluğunda 6 kV-luq sualtı kabel xətti "28 May" NQÇİ, "Neftqaztikinti" Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsi, eləcə də Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi tərəfindən təmir olunaraq istismara verilib.

"Günəşli" yatağındakı 5 saylı Dərin Dəniz Özülündən sutka ərzində 195 ton neft, 354000 kubmetr qaz hasil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti