...

İcraçı direktor: ТАР layihəsi tikinti işlərinə hazırlıq prosesindədir

Energetika Materials 4 İyun 2014 13:08 (UTC +04:00)
ТАР qaz kəməri layihəsi gələn il başlanacaq tikinti işlərinə hazırlıq prosesindədir.
İcraçı direktor: ТАР layihəsi tikinti işlərinə hazırlıq prosesindədir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Bədəlova/

ТАР qaz kəməri layihəsi gələn il başlanacaq tikinti işlərinə hazırlıq prosesindədir. Trend-in məlumatına görə, bunu TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland çərşənbə günü Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, bu prosesin mərhələlərindən biri boru kəməri marşrutunun kənarındakı torpaqların alınmasıdır: "Növbəti addım lazımi müqavilələrin bağlanması olacaq. Biz artıq bu yay hərracın təşkilinə başlayacağıq".

O qeyd edib ki, ТАР qaz nəqlinin bütün imkanlarını araşdırır və əlavə edib ki, İtaliya ixrac halqasında yeganə bazar deyil: "İtaliya digər Avropa qaz bazarları ilə bağlıdır və qazın revers edilməsi imkanına malikdir".

K.Tunqland qeyd edib ki, qaz şəbəkəsinə malik olmayan Albaniya üçün bu gün şəbəkənin yaradılması çox vacibdir.

O deyib ki, TАР Albaniya hökumətinin bu təşəbbüsünü dəstəkləyir.

Bir müddət əvvəl Albaniyanın energetika naziri Damian Qiknuri bildirmişdi ki, ölkəsi ARDNŞ-ni Albaniyanı qazlaşdırmağa dəvət edib.

TAP layihəsi Xəzər regionundan qazı Yunanıstana, Albaniyaya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, daha sonra isə Qərbi Avropaya nəql etməyi nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti