...

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Energetika Materials 18 İyun 2014 15:44 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2600 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2600 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti