...

ARDNŞ Ceyhandan neft ixracını artırıb

Energetika Materials 4 İyul 2014 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar-iyun aylarında Türkiyənin Ceyhan limanından 10,31 milyon ton neft ixrac edib.

2013-cü ilin eyni dövründə bu rəqəm 10,13 milyon ton olub.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti iyunda Ceyhandan 1,87 milyon ton neft ixrac edib. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm 1,74 milyon tona bərabər olub.

ARDNŞ ötən il ümumilikdə Ceyhan limanından 19,75 milyon ton neft ixrac edib. 2012-ci ildə isə ixracatın həcmi 20,2 milyon ton olub.

Qeyd edək ki, neft Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzrə tədarük edilir.

BTC-nin ümumi uzunluğu 1768 kilometrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti