...

Azərbaycan qazının Gürcüstana ixracı xeyli artıb

Energetika Materials 1 Avqust 2014 08:21 (UTC +04:00)
2014-cü ilin birinci yarısında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 640 milyon kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 43,5 faiz çoxdur.
Azərbaycan qazının Gürcüstana ixracı xeyli artıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin birinci yarısında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 640 milyon kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 43,5 faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Neft Şirkətindəki mənbə məlumat verib.

Müqayisə üçün: ötən ilin yanvar-iyun aylarında ARDNŞ tərəfindən Gürcüstana 446 milyon kubmetrə yaxın qaz ixrac edilib.

Mənbə qeyd edib ki, Gürcüstana qaz ixracı uğurla davam edir.

2013-cü ildə ARDNŞ Gürcüstana təxminən bir milyard kubmetr qaz ixrac edib. 2012-ci ildə bu göstərici 993 milyon kubmetr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti