...

"Darvin bankası" yatağında yeni quyu istismara verilib

Energetika Materials 18 Sentyabr 2014 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

"Darvin bankası" yatağındakı 670 nömrəli meydançadan 675 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyu 1485-1469 metr intervaldan sutkalıq 6 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Abşeronneft" NQÇİ-nin sifarişi ilə qazılıb.

Xəbər lenti

Xəbər lenti