...

TAP boru kəmərinin Yunanıstan sahəsində tikinti işləri aparmaq üçün lisenziya alıb

Energetika Materials 24 Sentyabr 2014 20:03 (UTC +04:00)
Trans-Adriatik boru kəməri (TAP) layihəsinin işlənməsi üzrə konsorsium boru kəmərinin Yunanıstan sahəsində tikinti işlərinin aparılması üçün lisenziya alıb.
TAP boru kəmərinin Yunanıstan sahəsində tikinti işləri aparmaq üçün lisenziya alıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Aygün Bədəlova/

Trans-Adriatik boru kəməri (TAP) layihəsinin işlənməsi üzrə konsorsium boru kəmərinin Yunanıstan sahəsində tikinti işlərinin aparılması üçün lisenziya alıb. Bu barədə Trend TAP-ın yaydığı məlumata istinadən xəbər verir.

Lisenziya 50 il qüvvədə olacaq. Yunanıstanın verdiyi lisenziya boru kəmərinin çəkilməsi, kompressor və ölçü stansiyalarının, eləcə də digər avadanlıqların quraşdırılması kimi TAP boru kəmərinin tikintisi ilə bağlı işlərin aparılması üçün zəruri icazənin alınmasını nəzərdə tutur.

Qeyd edək ki, TAP Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsium tərəfindən qazın Avropa bazarlarına nəqli üçün marşrut qismində seçilib. TAP layihəsi Xəzər regionundan qazı Yunanıstana, Albaniyaya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, daha sonra isə Qərbi Avropaya nəql etməyi nəzərdə tutur. Boru kəmərinin uzunluğu təqribən 870 kilometrdir. Boru kəmərinin tikintisinə 2016-cı ildə başlamaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti