...

Bayram günlərində qaz təchizatında məhdudiyyətlər olmayacaq

Energetika Materials 2 Oktyabr 2014 11:27 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində normal iş rejimində işləyəcək.
Bayram günlərində qaz təchizatında məhdudiyyətlər olmayacaq

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Qurban bayramı günlərində normal iş rejimində işləyəcək.

İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədi ilə bütün zəruri tədbirlər görülüb və növbəli iş rejimi tətbiq olunacaqdır.

Bundan əlavə, bayram günlərində qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar məhdudiyyətlər olmayacaq.

"Azəriqaz" İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibəti ilə təbrik edir və təbii qazdan istifadə zamanı diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti