...

"Günəşli" yatağında yeni quyu

Energetika Materials 14 Noyabr 2014 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Günəşli" yatağındakı 13-cü özüldən 33 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "SOCAR AQŞ" müştərək müəssisəsi tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılmış quyu 3194-3149 metr intervaldan fontan üsulu ilə sutkalıq 45 ton neft və 158 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti