...

Azərbaycanın neft-qaz sektorunun gənc mütəxəssislərə ehtiyacı var

Energetika Materials 21 Noyabr 2014 17:49 (UTC +04:00)
ARDNŞ-nin iri neft-qaz layihələrini reallaşdırması qabaqcıl texnologiyalar sahəsində biliklərə yiyələnmiş gənc ixtisaslı kadrların cəlb edilməsini zəruri edir.
Azərbaycanın neft-qaz sektorunun gənc mütəxəssislərə ehtiyacı var

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ-nin iri neft-qaz layihələrini reallaşdırması qabaqcıl texnologiyalar sahəsində biliklərə yiyələnmiş gənc ixtisaslı kadrların cəlb edilməsini zəruri edir. Trend-in məlumatına görə, bunu cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev Şirkət işçilərinin ümumi sayının 23 faizini təşkil edən tələbə və gənc mütəxəssislərlə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya ixracını təmin etməyə yönəldilmiş "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsinin, boru kəmərləri layihələrinin və digər layihələrin reallaşdırılması, o cümlədən respublikada yeni emal müəssisələrinin yaradılması üzrə planlar xeyli sayda gənc mütəxəssisin olmasını tələb edir.

R.Abdullayev qeyd edib ki, Azərbaycan böyük karbohidrogen ehtiyatlarına malikdir: "Ölkənin təsdiq edilmiş ehtiyatları 4,5 milyard ton şərti yanacaq təşkil edir, proqnozlaşdırılan ehtiyatlarla birlikdə bu göstərici 10 milyard ton səviyyəsindədir. Gələcəkdə "Zəfər-Məşəl" perspektiv blokunda kəşfiyyat işlərinin aparılması, "Ümid" yatağında və "Babək" perspektiv strukturunda qazma işlərinin intensivləşdirilməsi üzrə planlar mövcuddur".

O, əlavə edib ki, bütün bu irimiqyaslı layihələrin rellaşdırılması müasir nailiyyət və texnologiyaları mənimsəmiş gənc perspektivli mütəxəssislərin cəlb olunmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti