...

Ekspert: OPEK-ə daxil olmayan ölkələr neft bazarlarının idarə olunmasında mövqelərini gücləndirə bilərlər

Energetika Materials 24 Noyabr 2014 17:24 (UTC +04:00)
Bu gün neft bazarlarının idarə olunması sistemlərinin yenidən strukturlaşdırılması prosesi ilə bağlı müzakirələrin necə başladığını müşahidə etmək mümkündür.
Ekspert: OPEK-ə daxil olmayan ölkələr neft bazarlarının idarə olunmasında mövqelərini gücləndirə bilərlər

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Aygün Bədəlova/

Bu gün neft bazarlarının idarə olunması sistemlərinin yenidən strukturlaşdırılması prosesi ilə bağlı müzakirələrin necə başladığını müşahidə etmək mümkündür. Bu barədə Trend-də keçirilən mətbuat konfransında Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov bildirib.

Ekspert deyib ki, bu gün OPEK-ə daxil olmayan, neft hasil edən, lakin tam bir sıra səbəblər üzündən bir-birinə yaxın olan, Rusiya, Azərbaycan, Qazaxıstan və digərləri kimi eyni vəziyyətdə olan ölkələr daha çox koordinasiya sayəsində kartel qarşısında öz mövqelərini daha da gücləndirə bilərlər".

Onun sözlərinə görə, indi OPEK-ə daxil olan və olmayan neft hasilatçısı ölkələrinin hamısı yeni şəraitlərdə dünya bazarlarına təsir mexanizmlərini anlamağa çalışırlar: "Hazırkı şərtlərlə OPEK ölkələrinin hər biri ayrı-ayrılıqda dünyada neftin qiymətləri şərtinə təsir edə bilmirlər".

F.Lukyanov hesab edir ki, gələcəkdə OPEK-ə daxil olmayan ölkələrin dünya neft bazarlarındakı vəziyyətdə rolunun yenidən qiymətləndirilməsini, həmçinin onların təsirinin gücləndirilməsini gözləmək mümkündür.

Dünyanın neft tədarüklərinin 40 faizi OPEK-in nəzarəti altındadır. Noyabrın 27-də kartelə üzv ölkələr neftin qiymətlərinin davam etməkdə olan azalması fonunda hasilatın kvotasında dəyişikliklər edilməsi məsələsinə baxacaqlar.

RBK-nın verdiyi məlumata görə, OPEK-ə daxil olmayan Rusiya kartellə neft hasilatının qarşılıqlı şəkildə azaldılmasına dair dialoqa başlayacaq. Eyni zamanda, Rusiya hökuməti OPEK-ə özünün illik hasilatının 15 milyon ton həcmində azaldılmasını təklif edərək, buna cavab olaraq kartelin hasilatı təxminən ildə 70 milyon ton azaltmasını gözləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti