...

"Ceylaxtarma-Nardaranaxtarma"da seysmik-kəşfiyyat işləri başa çatdı

Energetika Materials 15 Yanvar 2015 18:23 (UTC +04:00)
“Kəşfiyyatgeofizika” İstehsalat Bölümü tərəfindən “Ceylaxtarma-Nardaranaxtarma” sahəsində seysmik-kəşfiyyat işləri uğurla başa çatdırılıb.
"Ceylaxtarma-Nardaranaxtarma"da seysmik-kəşfiyyat işləri başa çatdı

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

"Azneft" İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İstehsalat Bölümü tərəfindən "Ceylaxtarma-Nardaranaxtarma" sahəsində seysmik-kəşfiyyat işləri uğurla başa çatdırılıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, eləcə də zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə 167,3 kilometr həcmində 2D seysmik, 165,3 kilometr həcmində qravimetrik və 169,7 kilometr həcmində maqnotometrik tədqiqat işləri aparılıb. Hazırda məlumatlar emal və interpretasiya olunur.

Qeyd edək ki, "Şamaxı-Qobustan" neftli-qazlı rayonunda yerləşən "Ceylaxtarma-Nardaranaxtarma" sahəsində əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti