...

ARDNŞ qazma işlərinin həcmini xeyli azaldıb

Energetika Materials 3 Fevral 2015 15:44 (UTC +04:00)
2015-ci ilin yanvar ayı ərzində ARDNŞ (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 7165 metr qazma işi həyata keçirib.
ARDNŞ qazma işlərinin həcmini xeyli azaldıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Emil İsmayılov/

2015-ci ilin yanvar ayı ərzində ARDNŞ (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 7165 metr qazma işi həyata keçirib. Ötən ilin eyni dövründə bu rəqəm 10 492 metr olub.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 6908 metri istismara, 257 metri isə kəşfiyyata aid olub.

ARDNŞ 2014-cü ildə inişilki 142 656 metrə nisbətdə 127 346 metr həcmində qazma işi həyata keçirmişdi. Bu zaman görülmüş işlərin 124 718 metri istismara (2013-cü ildə 135 665 metr), yerdə qalan 2 628 metri isə kəşfiyyata aid olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti