...

"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində xərclərin həcmi təsdiqləndi

Energetika Materials 12 Aprel 2015 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Maksim Tsurkov/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi üzrə konsorsiumun əsas xərclərinin həcmi 2015-ci ildə 1992,3 milyon dollar təşkil edəcək. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, 2015-ci ilin iş proqramı və onunla bağlı büdcə aprelin 6-da AÇG-nin rəhbər komitəsi tərəfindən təsdiq edilib.

Mənbə bildirib ki, əsas xərclərin həcmi 1992,3 milyon dollar təşkil edəcək, halbuki əməliyyat xərcləri 978,7 milyon olacaq.

Qeyd edək ki, 2014-cü ildə layihə çərçivəsində əməliyyat xərcləri 1 milyard dollar, əsas xərclər isə 2,3 milyard dollar olmuşdu.

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokun neft ehtiyatları təqribən 1 milyard tondur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti