...

Azərbaycan neftinin qiymətləri: 13-17 aprel həftəsinin yekunları

Energetika Materials 18 Aprel 2015 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Maksim Tsurkov/

Ötən həftə - 13-17 mart tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 61,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,45 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 13-17 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 64,61, minimum isə 60,08 dollar/barel təşkil edib.

13-17 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 58,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,41 dollar/barel çoxdur.

13-17 aprel həftəsində URALS-ın qiyməti maksimum 61,24, minimum isə 55,42 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

13-17 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 58,78 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 2 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 61,78 dollar, minimum isə 57,13 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti