...

Azərbaycan və İndoneziya birgə bəyannamə imzalayıblar

Energetika Materials 5 İyun 2015 19:42 (UTC +04:00)
Azərbaycan və İndoneziyanın Energetika nazirlikləri birgə bəyannamə imzalayıblar. Bəyannamə iki ölkə arasında enerji əməkdaşlığı üçün baza olacaq.
Azərbaycan və İndoneziya birgə bəyannamə imzalayıblar

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan və İndoneziyanın Energetika nazirlikləri birgə bəyannamə imzalayıblar. Bəyannamə iki ölkə arasında enerji əməkdaşlığı üçün baza olacaq. Bunu Trend-ə İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Said deyib.

Nazir bilidirib: "Biz xüsusi nümayəndələrin təyin edilməsində razılığa gəldik və bu işçi qrupları tezliklə görüşlər keçirəcəklər. Görüşlər əməkdaşlığımızın genişləndirilməsinə yardım edəcək".

S.Said qeyd edib ki, Azərbaycan rəhbərliyi ilə səmərəli görüşlər keçirib: "Görüşlərdə iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını müzakirə edildi".

Onun sözlərinə görə, Azərbaycan İndoneziyanın enerji infrastrukturunun inkişafına yardım edə bilər: "Biz istehsal etdiyimizdən daha çox istehlak edirik, buna görə də Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirməliyik".

Nazir diqqətə çatdırıb ki, Azərbaycana şaxələndirmə lazımdır və İndoneziya buna yardım edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti