...

"Azəriqaz" ötən ay 14500-dən çox yeni abonent qeydə alıb

Energetika Materials 10 Dekabr 2015 17:48 (UTC +04:00)
Noyabrda əhali sektoru üzrə 14547 yeni abonent qeydə alınıb.
"Azəriqaz" ötən ay 14500-dən çox yeni abonent qeydə alıb

Bakı. Trend:

2015-ci ilin noyabr ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 14 547 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3371-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 11 176-sı isə regionların payına düşüb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumiyyətlə cari ilin yanvar-noyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 82 658 təşkil edib. Bu göstəricinin də 28 275-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 54 383-ü isə regionlar üzrə olub.

Cari ilin noyabr ayında əhali sektoru üzrə 280 413 543 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 93,2 faiz təşkil edib.

Qeyd edək ki, 1 dekabr 2015-ci il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 125 594 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 337 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti