Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası xam neft ixracına olan 40 illik qadağanın ləğvi barədə qanun layihəsini bəyənib. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.
Qanunun qüvvəyə minməsi üçün Senatda müzakirələr aparılmalı, sonra Prezidentin icazəsi alınmalıdır.
Ağ Ev nümayəndələri artıq bəyan ediblər ki, Barak Obama bu tədbirləri dəstəkləyir.