...

İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımların verilməsi başa çatıb

Energetika Materials 29 Dekabr 2015 14:47 (UTC +04:00)
Qəzalar zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə 15 min manat məbləğində birdəfəlik maddi yardımların ödənilməsi dekabrın 29-da başa çatıb.
İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımların verilməsi başa çatıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə dekabrın 4-də təbii fəlakət nəticəsində baş vermiş qəzalar zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə 15 min manat məbləğində birdəfəlik maddi yardımların ödənilməsi dekabrın 29-da başa çatıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış 15 min manat məbləğindəki birdəfəlik maddi yardımlar Şirkətin "Azneft" İstehsalat Birliyi, "Neftqaztikinti" Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunub.

Xatırladaq ki, dövlət tərəfindən ayrılmış 15 min manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5 min manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlayıb. Bu yardımların cari ilin sonuna qədər təqdim olunacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti