...

Gələn il SOFAZ-ın investisiyaları 50 milyard manatı keçəcək

Energetika Materials 30 Dekabr 2015 17:52 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlər Neft Fondunun (SOFAZ) 2016-cı il üçün investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta həcm) 51,3 milyard manat səviyyəsində müəyyənləşdirilib.
Gələn il SOFAZ-ın investisiyaları 50 milyard manatı keçəcək

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Respublikası Dövlər Neft Fondunun (SOFAZ) 2016-cı il üçün investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta həcm) 51,3 milyard manat səviyyəsində müəyyənləşdirilib.

Trend-in məlumatına görə, 2016-cı ildə SOFAZ-ın vəsaitlərinin xərclərinin əsas istiqamətləri aşağıdakılar olacaq:

- Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;

- Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert;

- Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;

- Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;

- 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;

- Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti