...

Sabah Binəqədidə qaz olmaya bilər

Energetika Materials 8 Fevral 2016 17:59 (UTC +04:00)
Təmir işlərinin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Sabah Binəqədidə qaz olmaya bilər

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 9-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Novxanı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti