...

Salyan və Tovuz rayonlarının kəndlərinə qaz verilib

Energetika Materials 24 Fevral 2016 15:33 (UTC +04:00)
Fevralın 24-də Salyan və Tovuz rayonlarının daha 2 kəndinə təbii qazın verilişi bərpa edilib.
Salyan və Tovuz rayonlarının kəndlərinə qaz verilib

Bakı. Trend:

Fevralın 24-də Salyan və Tovuz rayonlarının daha 2 kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Salyan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 200 abonenti olan İkinci Varlı kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 20 220 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Tovuz rayonunun Hacıhəsənli kəndinə də təbii qazın verilişi bərpa edilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, 116 abonentlik kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11 547 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti