...

Trans-Adriatik qaz kəmərinin təməlinin atılmasının tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 Fevral 2016 12:38 (UTC +04:00)
Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinin başlanılması gözlənildiyi kimi 2016-cı il mayın sonunda iyunun əvvəlində baş tutacaq.
Trans-Adriatik qaz kəmərinin təməlinin atılmasının tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:38-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinin başlanılması gözlənildiyi kimi 2016-cı il mayın sonunda iyunun əvvəlində baş tutacaq.

Trend-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Yen Bredşou "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında deyib.

Onun sözlərinə görə, çox güman ki, TAP-ın təməlqoyma mərasimi mayın sonunda iyunun əvvəlində Yunanıstanın Saloniki şəhərində keçiriləcək: "Yunanıstan hökuməti sayəsində borular bu il aprelin sonuna çatdırılacaq, təməlqoyma isə ilin ortalarında başlayacaq. Albaniyaya da boruların tədarükü aprelin sonu mayın əvvəlində gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti