...

Konsorsium rəhbəri: TANAP qaz kəməri "Türk axını" layihəsinin dondurulmasından qazanır (ÖZƏL)

Energetika Materials 4 Mart 2016 11:40 (UTC +04:00)
Rusiyanın lobbiçilik etdiyi "Türk axını" layihəsinin dondurulması tikilməkdə olan Trans-Anadolu (TANAP) boru kəmərinin əhəmiyyətini artırır.
Konsorsium rəhbəri: TANAP qaz kəməri "Türk axını" layihəsinin dondurulmasından qazanır (ÖZƏL)

Bakı. Maksim Tsurkov - Trend:

Rusiyanın lobbiçilik etdiyi "Türk axını" layihəsinin dondurulması tikilməkdə olan Trans-Anadolu (TANAP) boru kəmərinin əhəmiyyətini artırır. Bunu Trend-ə TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək, bunun 6 milyard kubmetrini Türkiyə, 10 milyard kubmetrini isə Aİ ölkələri alacaq: "Zərurət yaranarsa, Türkiyə, həmçinin TANAP üzrə Azərbaycan qazının alışını 21 milyard kubmetrədək artıra bilər".

TANAP rəhbəri Türkiyə ərazisindən keçən boru kəməri üzrə Türkmənistan və İrandan qazın nəqli üçün heç bir maneə görmür. Onun fikrincə, bu, yanaşı infrastrukturun tikilməsi və müvafiq müqavilələrin imzalanması halında mümkün olacaq.

S.Düzyol əlavə edib ki, dünya bazarında neftin qiymətinin nəzərə çarpacaq dərəcədə azalması və qaz qiymətlərinin müvafiq indeksasiyası TANAP layihəsinin iqtisadiyyatına təsir etməyəcək: "Neft qiymətlərinin ucuzlaşması məhsul və xidmətlərin qiymətinin azalmasına gətirib çıxardı, tədarükçülər arasında rəqabəti gücləndirdi. Bu, layihənin ucuz başa gəlməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti