Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:39-da yayılıb)
Bakı. Maksim Tsurkov - Trend:
"Azneftyağ" neft emalı zavodunun (NEZ) sökülməsi prosesi 2018-ci ilin yayında Heydər Əliyev adına Bakı neft emalı zavodunda yeni bitum qurğusu istismara verildikdən sonra başlayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.
Onun sözlərinə görə, hazırda NEZ-də nefin ilkin emalı üzrə iki kiçik qurğu və illik gücü 250 min ton olan bitum qurğusu fəaliyyət göstərir: "Ölkədə bituma olan tələbatı nəzərə alaraq zavodun sökülməsi prosesi 2018-ci ilin yayınadək təxirə salınıb. Həmin vaxt Bakı NEZ-də illik gücü 400 min ton olan yeni bitum qurğusu istismara veriləcək".