Bakı. Trend:
SOCAR 2025-ci ilədək kompleks inkişaf planını hazırlayıb. Trend-in məlumatına görə, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "Caspian European Club"un iştirakçıları ilə keçirilən biznes-forumda deyib.
Onun sözlərinə görə, inkişaf planının əsas istiqaməti hazırda reallaşdırılan qaz layihələridir: "Neft emalı və neft kimyası prosesinə də böyük diqqət ayrılıb".
T.Qəhrəmanov qeyd edib ki, plan PWC beynəlxalq auditor şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.