Bakı. Maksim Tsurkov - Trend:
2016-cı ilin I yarımilliyində "Azərenerji" ASC-nin elektrik stansiyaları 10,8 milyard kilovatsaat elektrik enerjisi istehsal ediblər.
2015-ci ilin analoji dövründə bu rəqəm 11,5 milyard kilovatsaat təşkil edib. Bunu Trend-ə ASC-dən deyiblər.
Bu ilin iyun ayında ASC-nin elektrik stansiyaları təqribən 1,6 milyard kilovatsaat elektrik enerjisi istehsal ediblər. Ötən ilin eyni dövründə bu göstərici 1,7 milyard kiovatsaat təşkil edib.