...

"Günəşli” yatağında qəzanın aradan qaldırılması işləri davam etdirilir

Energetika Materials 26 Sentyabr 2016 20:57 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi və SOCAR "Günəşli" yatağındakı quyuda qaz təzahürünün baş verməsi əlaqədar birgə məlumat yayıblar.
"Günəşli” yatağında qəzanın aradan qaldırılması işləri davam etdirilir

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi və SOCAR "Günəşli" yatağındakı quyuda qaz təzahürünün baş verməsi əlaqədar birgə məlumat yayıblar.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər. Hazırda SOCAR və digər aidiyyəti qurumlarla birgə yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti