Bakı. Trend:
“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2687 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu 1376-1373 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.